BaşlıcaSiyasət

Şoyqu muzdluların Qarabağa köçürülməsindən narahatdır

Rusiya Müdafiə Nazirliyi silahlıların Yaxın Şərqdən Qarabağ münaqişəsi zonasına köçürülməsi ilə bağlı məlumatlardan narahatdır.

“Dünən telefon danışığı zamanı Rusiya Müdafiə naziri, ordunun generalı Sergey Şoyqu bu mövzuda Türkiyənin Müdafiə Naziri Hulusi Akara narahatlığını bildirdi”- deyə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Rusiya Müdafiə Nazirliyi öz səlahiyyətləri çərçivəsində, Rusiya Federasiyasının Dağlıq Qarabağdakı vəziyyəti ən qısa müddətdə sabitləşdirmək təşəbbüslərinin həyata keçirilməsində fəal iştirak edir.

Rusiya Müdafiə naziri Sergey Şoyqunun apardığı danışıqlar da daxil olmaqla bu işin əsas məqsədi Dağlıq Qarabağdakı hərbi əməliyyatların dərhal dayandırılması və regional vəziyyətin həlli üçün münaqişə tərəfləri arasında danışıqların bərpasıdır.

Daha çox göstər
Back to top button