BaşlıcaSiyasət

Dağlıq Qarabağda öldürülən muzdluların sayı 119-a çatıb

Londonda yerləşən Suriya İnsan Haqları Rəsədxanası (SOHR), Ankaranın Dağlıq Qarabağda döyüşən Azərbaycan əsgərləri sıralarına cəlb etdiyi cihadçıların bəzilərinin cəsədlərinin artıq Suriyaya köçürüldüyünü açıqladı.

“Ermenihaber”in məlumatınca , açıqlamada deyilir ki, Türkiyə tərəfindən ermənilərə qarşı mübarizə aparmaq üçün Azərbaycana köçürülən cihadçı qrupların üzvləri arasında ölənlərin sayı 119-a çatıb. Cəsədlərin 78-i artıq Azərbaycandan Suriyaya aparılıb.

Rəsədxananın məlumatına görə, Artsaxda döyüşən terrorçuların ümumi sayı, Azərbaycana köçürülən 250 nəfərlik son qrupla birlikdə təxminən 1450 nəfərə çatıb. Yaxın günlərdə Türkiyənin “Sultan Murad”, “Əl Həmzət” briqadasıvə digər ekstremist qruplardan cəlb olunan  yaraqlıları Azərbaycana təhvil verməyə hazırlaşdığı bildirilir.

Daha çox göstər
Back to top button