BaşlıcaSiyasət

ER XİN: “ Azərbaycan tərəfindən ER suveren ərazisinə qarşı təxribat xarakterli hərəkətlərinin geri dönməz hərbi-siyasi nəticələri olacaq”

Ermənistan Respublikası Xarici işlər nazirliyi, Azərbaycanın Ermənistan Respublikası ərazisinə qarşı silahlı təcavüz cəhdinə dair aşağıda təqdim olunan bir açıqlama yaydı.

“Ermənistan Respublikası Müdafiə nazirliyi onsuz da bildirmişdi ki, oktyabrda  14-də Azərbaycan silahlı qüvvələri Ermənistan Respublikasının ərazisində, Vardenis bölgəsində növbətçi hərbi texnikanı hədəfə aldı, yalnız bu texnikanın olduğu çılpaq fərziyyələrə əsaslandırmağa cəhd etdi güya  həmin texnika “Azərbaycanın dinc əhalisi üzərinə zərbə endirməyə hazırlaşıb”. “

Aydındır ki, Azərbaycan Rusiya, Ermənistan və Azərbaycan Xarici işlər nazirlərinin Rusiya Prezidenti Putinin təşəbbüsü ilə oktyabrın 10-da ortaq bəyanatı ilə təsdiq edilmiş atəşkəsi yerinə yetirməkdən imtina  etməklə yanaşı, həm də açıq bir təxribatla Qarabağ münaqişəsi coğrafiyasını genişləndirməyə çalışır..

Azərbaycan tərəfinin bütün hərəkətləri ER Silahlı qüvvələrinin sərəncamında olan vasitələrlə adekvat cavab alacaqdır.

“Biz Azərbaycanın Ermənistan Respublikasının suveren ərazisinə qarşı silahlı təcavüz cəhdini qətiyyətlə pisləyir və xəbərdarlıq edirik ki, Azərbaycanın təxribat xarakterli hərəkətləri Azərbaycan rəhbərliyinin tam məsuliyyət daşıdığı geri dönməz hərbi-siyasi nəticələrə səbəb olacaqdır”.

Daha çox göstər
Back to top button