
Rusiya Xarici işlər naziri Sergey Lavrov oktyabrın 14-də Rusiya KİV-lərinə verdiyi açıqlamada Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllinin mümkün olduğunu söylədi. Ermənistan və Azərbaycan Xarici işlər nazirləri ilə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdiyini söylədi.
“Son günlərdə gündə bir neçə dəfə Ermənistan və Azərbaycan həmkarlarımla əlaqədə oluram .Eynisini RF Müdafiə naziri Serqey Şoyqu edir ona görə ki, Qarabağ bölgəsində humanitar atəşkəsi təstiq etməkdən başqa onu təmin etmək də vacibdir”.
Moskvada əldə olunmuş razılaşmaları həyata keçirə bilmək üçün ərazidəki müşahidəçilərin təcili olaraq lazım olduqları qənaətinə gəldiklərini qeyd etdi ki, Moskvada yaranmış sənədin şərtləşməsi reallığa çevrilsin.
“Mənə cəmi yarım saat əvvəl zəng edən Azərbaycan Xarici işlər nazirinə müvafiq qərar barədə məlumat verdim və eyni şeyi Ermənistan tərəfinə çatdıracağıq.
Məncə, budur davamlı atəşkəsin əldə edilməsinin açarı.Onun nəticəsində mülki infrastrukturlar mülki vətəndaşlar zərər çəkir”.
Təqdim olunan mexanizm barədə təffərrüatlı danışaraq Lavrov qeyd edib ki, müşahidəçilər ruslar ola bilər lakin bu son qərar deyil bu məsələ dəqiqləşdiriləcək və əlavə edib ki, haçan atəşkəs sahmanlaşırsa adətən tərəflərin hərbi rəhbərliyi dərhal dəqiqləşşdirir nə etməli və necə etməlidirlər.
Rusiya Xarici işlər nazirinin sözlərinə görə, bu sehrli bir mexanizm deyil, digər münaqişələrin dayandırıldığı normal bir prosesdir, məsələn, Donbasda olduğu kimi, orada atəşkəs bir dəfə deyildi ki sahmanlaşmışdır, lakin sonuncu daha qorunur, verifikasiya mexanizmlərini tədbi etdikdən sonra.
Lavrovun sözlərinə görə, eyni hal 1992-ci ildə Qarabağ müharibəsi zamanı həmçinin baş verib.