ArtsaxBaşlıcaSiyasət

Rusiya və Türkiyə prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Kremlin mətbuat xidmətindən verilən məlumata görə, telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət ətraflı müzakirə olunub.

Hər iki tərəfdən humanitar atəşkəsə riayət olunmağın vacibliyi vurğulanıb. 

Putin və Ərdoğan ATƏT-in Minsk qrupunun işləmələri əsasında siyasi prosesin aktivləşdirilməsinin tərəfdarı olduqlarını bildiriblər.

Putin Dağlıq Qarabağ münaqişəsində Yaxın Şərqdən döyüşçülərin iştirakına görə öz narahatlığını bildirib.

Putin Türkiyənin ATƏT-in Minsk qrupunun üzvü olaraq, Dağlıq Qarabağda münaqişənin deeskalasiyasına konstruktiv töhfə verəcəyinə ümid etdiyini bildirib.

Danışıq Türkiyə tərəfinin təşəbbüsü ilə olub.

Daha çox göstər
Back to top button