BaşlıcaSiyasət

Türkiyə və prezident Əliyevin səsləndirdiyi mövqeylə razı deyilik. Lavrov

Rusiya heç vaxt Türkiyəni strateji tərəfdaş kimi qəbul etməyib. Rusiya Xİ naziri Sergey Lavrov, “Sputnik” və digər radiostansiyalara verdiyi müsahibədə Türkiyənin Rusiya üçün strateji müttəfiq olub-olmadığına dair sualı cavablandırarkən belə fikir söyləyib.

“Türkiyə tərəfdaşımızdır, bir çox istiqamətdə tərəfdaşlığımız taktiki xarakter daşıyır”- deyə o qeyd edib.

Lavrov vurğulayıb ki, Türkiyənin bölgədəki maraqları var və çox vacibdir ki, bu maraqlar qanuni olsun.

“Türkiyənin səsləndirdiyi, bir neçə dəfə prezident Əliyevin ifadə etdiyi mövqeylə razı deyilik. Burada heç bir sirr yoxdur. Münaqişənin hərbi yolla həllinə icazə verildiyi ilə bağlı fikirlərlə razılaşa bilmərik”- deyə Lavrov qeyd edib.

Rusiya Xarici işlər naziri təəssüflə əlavə etdi ki, Türkiyə belə bir mövqeylə çıxış etdi və Azərbaycanın hərbi əməliyyatlar da daxil olmaqla həyata keçirəcəyi hər hansı bir əməliyyatı dəstəkləyəcəyini təsdiqlədi.

Daha çox göstər
Back to top button