BaşlıcaSiyasət

Artsax münaqişəsi ərzində Azərbycan hər zaman atəşkəsi xahiş etmiş və özü də onu pozmuşdur

Artsax münaqişəsi ərzində Azərbaycan hər zaman özü atəşkəs üçün müraciət etmişdir. Bu barədə ER Baş nazirinin baş müşaviri, keçmiş müdafiə naziri Vağarşak Harutyunyan bugünkü mətbuat konfransında bildirib.

“1992-ci ildə belə idi, 1993-cü ildə, 1994-cü ildə də iki dəfə, fevralın 18-də və mayın 16-da belə idi. O müraciət edirdi, biz atəşkəs razılaşmalarını imzalayırdıq, bundan sonra Azərbaycan onları kobud şəkildə pozurdu. Eyni şey indi də oldu”- deyə Harutyunyan, oktyabrın 10-da Moskvada imzalanan və Azərbaycan tərəfindən əməl olunmayan humanitar atəşkəs razılaşmasına toxunaraq qeyd edib.

Harutyunyan, həmçinin xatırlatdı ki, Azərbaycan 2015-ci, 2016-cı illərdə, 2020-ci ilin iyulunda təmas xəttində atəşkəs pozuntularına yol verib.

“Dövlət adamları söyləyir ki, yorulub və beynəlxalq səviyyədə yerinə yetirilməsi lazım olan vəzifələri öz üzərlərinə götürür.  Biz öz öhdəliklərinə cavabdeh olmayan və bundan sonra da Qarabağ xalqına zəmanət verməyə çalışan bir dövlət barədə danışırıq”- deyə keçmiş nazir qeyd edib.

Vağarşak Harutyunyan həm də vurğuladı ki, atəşkəs razılaşmasının missiyası var və bundan Azərbaycan-Türkiyə öz maraqlarına uyğun istifadə etməyə çalışırlar.

ER səlahiyyətlilərinin KTMT-yə müraciət etmə ehtimalı ilə bağlı sualını cavablandıran Vağarşak Harutyunyan qeyd edib ki, bu ER hərbi-siyasi rəhbərliyi belə bir qərar verdikdə baş verəcək.

“Ermənistan, KTMT də daxil olmaqla təhlükəsizliyimizi təmin etmək üçün bütün tədbirləri görəcək”- deyə deyə o qeyd edib.

Daha çox göstər
Back to top button