
Babayan geosiyasi mesajları təqdim etdi: Müharibədən sonra nəyə hazırlaşmalıyıq? Artsax Prezidentinin müşavirinin dediyinə görə, Artsaxda Türkiyə müharibəni azğınlaşdırmaqla, Türkiyə ABŞ-ın zəiflədiyini, addım ata bilmədiyini göstərmək istəyir ki, bu da cavabsız qalmayacaq.
“SputnikArmeniya”nın verdiyi məlumata görə,Artsax Prezidentinin müşaviri Davit Babayan dünən keçirdiyi mətbuat konfransında Türkiyənin bölgəyə girdiyini və çıxmaq fikrində olmadığını söylədi.
Türkiyə türk ölkələrinin birləşmiş ordusunu, sialhlı qüvvələrini yaratmaq ideyasını təşəbbüs etmək istəyir ki, ona artıq Azərbaycan qoşulubdur”-deyə Babayan qeyd edərək eyni zamanda əmin olduğunu bildirib ki, Mərkəzi Asiya ölkələri həmin avantürizmə qoşulmazlar çünki elə bir vəziyyətdədirlər ki, orada Rusiya və Çinin təsiri həddindən artıq güclüdür. Həmin ölkələrsə hər şey edəcəklər ki, oxşar olay baş tutmasın.
Rusiyaya gəldikdə, Davit Babayan Rusiyanın bu mövzuda artıq açıq mesajlar göndərdiyini bildirdi. Bunlardan birini RF-nın Xarici işlər naziri Sergey Lavrov bəyan edib.
“Türkiyənin heç vaxt Rusiyanın strateji tərəfdaşı olmadığını açıqladı. Və Türkiyənin münaqişəni hərbi yolla həll etmək fikrini qəbul etmədiyini söylədi” dedi. Vəziyyət daha da kəskinləşərsə o zaman eləcə də RF Prezidenti Vladimir Putin bu mövzuda danışacaq.
Artsax Prezidentinin müşaviri də əmin olduğunu bildirdi ki, müharibə gec-tez dayanacaq, amma sonra Ermənistan və Artsax öz maraqlarına uyğun olaraq düzgün siyasətlə geosiyasi rəqabətə girməyə hazır olmalıdırlar. Artsaxda müharibə mütləq sona çatacaq, 1-2 gün və ya bir həftə içində deyə bilmərəm, amma bundan sonra çox düzgün bir siyasət yürütməyə, maraqlarımıza, dövlətçiliyimizə uyğun addımlar atmaq üçün hər şeyi etməyə hazır olmalıyıq”.
Babayanın fikrincə, bu vəziyyətdə Ermənistanın maraqları Rusiya, İran, Çin maraqları ilə üst-üstə düşür, niyə ABŞ-ın da maraqları olmasın.
“Türkiyənin etdiyi əməl ABŞ-ın siyasi imicinə zərbədir. Çünki NATO-nun əsas tərəfdaşı, Türkiyənin baş tərəfdaşı Türkiyənin döyüşmək üçün buraya gəlməsindən belə məlumatı olmayıb ki,Türkiyə burada müharibə aparacaq. Əgər bilibsə, başqa məsələdir, amma onlar öz açıqlamalarında xəbərdar olmadıqlarını söyləyirlər”- deyərək Babayan qeyd edib.
Onun sözlərincə Türkiyəbununla ABŞ-ın zəiflədiyini, addım ata bilmədiyini işarə edir və busa cavabsız qalmayacaqdır.