BaşlıcaSiyasət

Babayan “Türkiyə-Azərbaycan qüvvələri və terrorçular İran su anbarına nəzarəti ələ keçirməyə çalışırlar”

Artsax Prezidentinin müşaviri Davit Babayan bölgədə ekoloji bir fəlakətə səbəb olmaq və İran ərazilərini işğal etmək üçün su anbarını partlatmağı da planlaşdırdıqlarını istisna etməyib.

  “Sputnik Armeniya” nın verdiyi məlumata görə, oktyabrın 14-də türk-azərbaycan qüvvələri Araks çayı üzərində olan  Xudafəri körpüsü yanında  qurulmuş su ambarını ələ  keçirməyə çalışıb.

  Artsax Prezidentinin müşaviri Davit Babayan bugünkü mətbuat konfransında Azərbaycan-türk qüvvələrinin həmin ərazidə apardığı hərbi əməliyyatların izlənilməsinə toxunaraq belə bir açıqlama verdi.

 Bu olduqca  Araks çayı üzərində İran maliyyəsi ilə inşa edilmiş çox böyük bir su anbarıdır, əsasən İran İslam Respublikası –deyərək  Babayan qeyd edib.

Babayana görə İranın Şimal bölgələrinin ekoloji vəziyyətini və xüsusən Urmiya gölünün qurumasını nəzərə alaraq, bu su anbarı İranın o hissəsi üçün yeganə həyat mənbəyidir. Bunu aradan qaldıraraq, türk-azərbaycan hərbi maşını İrana zərər verməyə  cəhd edir.

“Əlbətdə ki, müdafiə ordumuz və könüllülərimiz düşmənin bu anda hədəfinə bir atla çatmasına imkan vermir, lakin buna baxmayaraq, bu, Türkiyə, Azərbaycan və terrorçuların nail olmağa çalışdıqları mümkün bir hədəfdir. İstisna olunmur ki, onlar hətta su ambarına zərər  vursunlar və ekoloji  fəlakət yaratsınlar”-deyərək Babayan qeyd edib.

DQR Prezidentinin müşavirinin sözlərinə görə, düşmənin bu strategiyası ilk növbədə İrana qarşı yönəldilib, çünki onun həyata keçirilməsi bu ölkə üçün yalnız ekoloji deyil, həm də iqtisadi və sosial zərərlər  yetirilməsi deməkdir.

Daha çox göstər
Back to top button