ArtsaxBaşlıcaSiyasət

Bu öz miqyasında misilsiz müharibədir: Nikol Paşinyan Qarabağ müharibəsi barədə

Qarabağda ağır döyüşlər gedir, hər iki tərəfin də itkiləri çoxdur. Bunu Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan “Russia Today” beynəlxalq xəbər agentliyinin prezidenti Dmitri Kiselyovla Azərbaycan prezidenti İlham Əliyev ilə paralel müsahibəsində deyib.

“Bir çox mütəxəssis deyir ki, bu 21-ci əsrdə öz miqysaında misilsiz müharibədir, çünki bütün silah növlərindən – tanklar, pilotsuz uçuş aparatları, təyyarələr və helikopterlər, zirehli texnika, artilleriya, raket sistemlərindən istifadə olunur. Və bir çox hərbçi və qoşunlar döyüş əməliyyatlarında iştirak edir”- deyə ER Baş naziri qeyd edib.

O vurğulayıb ki, geniş və amansız döyüşlər gedir, amma bu anda Qarabağ ordusu müdafiə etməyi bacarır.

“Faktiki olaraq, qeyd edə bilərik ki, Azərbaycanın və Türkiyənin, Dağlıq Qarabağı blitskriq yoluyla ələ keçirmək planı uğursuz olub”- deyə Paşinyan vurğulayıb.

Daha çox göstər
Back to top button