
Qarabağda sülhməramlıların yerləşdirilməsi yalnız Ermənistan və Azərbaycanın razılığı ilə mümkündür. RİA Novosti-nin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Burada əsas sual münaqişə tərəflərinin, yəni Ermənistanın və Azərbaycanın buna hazır olub-olmamasıdır. Hər hansı bir sülhməramlı və ya müşahidəçinin yerləşdirilməsi yalnız tərəflərin razılığı ilə mümkündür”- deyə օ, müxbirin Rusiyanın sülhməramlı kontinqentini Dağlıq Qarabağa göndərməyə hazır olub-olmadığı barədə sualına cavab olaraq bildirib.
“Hələ cavab almamışıq”-deyə o əlavə edb.