BaşlıcaSiyasət

Türkiyə tərəfindən Azərbaycana göndərilən muzdlular barədə onların ailə üzvləri danışıblar

Türkiyə tərəfindən Artsaxa qarşı  döyüşmək üçün Suriyadan Azərbaycana gətirilmiş muzdluların ailə üzvləri, Washington Post qəzetiylə qohumları haqqında danışıblar. “Armenpress”-ə əsasən, qəzet yazıb ki, muzdluların ailə üzvləri ilə Türkiyə-Suriya sərhəd-keçid məntəqəsində, təxminən 600 mil uzaqda olan Azərbaycan və Artsax sərhədində öldürülən 53 Suriyalı kişinin cəsədlərini gözləyərkən görüşüb.

Öldürülənlərin yaxınlarının dediklərinə görə, onlar Suriyadakı Türkiyənin dəstəklədiyi silahlılar tərəfindən işə götürülən və Ermənistan tərəfinə qarşı döyüşmək üçün Azərbaycana göndərilən muzdlular  idi. Suriyalı yaraqlıların ölümü narahatlıqlar artırıb ki, münaqişə Türkiyə və Rusiyanı cəlb edərək, İran və Gürcüstanda sabitliyi pozaraq sürətlə böyüyə biləcək.

Mətbuata görə, Türkiyə suriyalı silahlıların Azərbaycana göndərilməsini inkar edir, ancaq muzdlular qohumları ilə telefon danışıqlarında deyib ki, aylıq maaşlarını Türkiyənin dəstəklədiyi qüvvələr tərəfindən vəd edilib və Türkiyənin cənubundan Azərbaycana gəlib.

Daha çox göstər
Back to top button