
O nəyi ki, Yunanıstan edir Ermənistan və Yunanıstan kimi ölkələr arasında hansılar ki,bölgədə eyni dəyərlərə malikdir ortaq bir anlayışa sahib bir toplum yaratmaqdır – bölgədə sabitlik, sülh yaratmaqdır.
Yunanistan Xarici işlər naziri Nikos Dendias bu gün Yunanistan və Ermənistan Xarici işlər nazirlərinin ortaq mətbuat konfransında, Ermənistanın antitürk koalisiyasında iştirakı ilə bağlı sualı cavablandırarkən belə bir fikir söyləyib.
Nikos Dendias bu qarşılıqlı anlaşmanın heç kimə qarşı bir koalisiya olaraq qəbul edilmədiyini vurğuladı. “Digər ölkələrin – Kipr, Misir, Birləşmiş Ərəb Əmirliklərini əhatə edən anlaşma, heç kimə qarşı bir koalisiya hesab etmirik, sadəcə bölgədə sabitliyin sütunu olan sülhsevər xalqların birliyiyik”.
Yunanistan Xarici işlər naziri Türkiyəyə müraciət edərək, qeyd edib ki, şad olardı əgər Türkiyə həmçinin həmin dəyərləri bölüşsəydi.
“Ümid edirik ki, gec-tez Türkiyə bu dəyərləri bizimlə bölüşəcək, bu cəmiyyətin üzvü olacaq, bu qarşılıqlı anlaşmanın iştirakçısı olacaq”-deyərək Dendias, bununla belə, indi Türkiyənin bölgədə qarşı tərəfdə olduğunu və sabitliyi pozduğunu vurğuladı.
Ermənistan Xarici işlər Naziri Zohrab Mnatsakanyan Yunanıstanın Ermənistanla dostluğunun sülh və firəvanlığa söykəndiyini əlavə etdi.