
Rusiya prezidenti Vladimir Putin Təhlükəsizl Şurasının iclası keçirib.
İclas iştirakçıları Dağlıq Qarabağ münaqişəsindəki mövcud vəziyyət barədə fikir mübadiləsi aparıblar.
Bu barədə Rusiya Federasiyasının Prezidentinin rəsmi saytında bildirilir.
İclasda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağla bağlı son vəziyyəti təqdim etdi.
İclasda Rusiya Federasiyasının baş naziri Mixayil Mişustin, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medevedev, Xarici Kəşfiyyat xidmətinin sədri Sergey Narişkin da iştirak edib.