BaşlıcaSiyasət

Bu gecə Azərbaycan özünü “üstələyib”: Əslində Gəncədə nə baş verib? – VİDEO

Qonşu Azərbaycan bu gecə Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə zərbələr vurulduğunu elan edərək, yalnış məlumatlar yaymaqda və beynəlxalq ictimaiyyəti çaşdırmaqda özünü üstələyib. “Zinuj Media” maraqlı video hazırlayıb və Azərbaycanın yaydığı saxtakarlığını açıqlayıb.

“Rəsmi Bakı, öz vətəndaşlarının qanı bahasına olsa da, özü üçün istədiyi təbliğat fonunu təmin etmək üçün hər şeyə qadirdir”- deyə hərbi jurnalist, Azərbaycan saxtakarlığını ifşa etməyə başlayır.

Hər şey gecə yarısı Gəncədə güclü partlayışla başladı. Sadəcə bir neçə saniyə sonra Azərbaycan telekanallarından biri xilasetmə əməliyyatlarını canlı olaraq işıqlandırmaq üçün yerdə idi. Görüntülərdə yerdə işləyən onlarla xilasedici, eləcə də mülki şəxslər görünür. Jurnalist vurğulayır ki, raket zərbəsi olduğunu düşünsək də, zərbədən bir neçə dəqiqə sonra hadisə yerində bu qədər insanın cəmlənməsi ağlabatan deyil.

Eyni sürətlə, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev yazı dərc edərək qeyd etdi ki, zərbə Ermənistan tərəfindən endirilib və bu “Skad” tipli raket idi.  Jurnalist qeyd edir ki, deyilənlərə dair bir dəlilin olmadığıyla yanaşı, partlayışdan bir neçə dəqiqə sonra raket növünü müəyyən etmək mümkün deyil. Bunu etmək üçün çox vaxt lazımdır.

Azərbaycanın növbəti absurd “dəlili”  bir video idi ki, sanki erməni qüvvələri “Qrad” qurğusundan raket atır. Lakin Azərbaycan bir neçə dəqiqə ərzində özünə zidd gəlməyi bacardı. Bundan əvvəl Gəncədə yalnız bir partlayışın videosu artıq yayımlanmışdı. Jurnalist qeyd edir ki, “Qrad” qurğusundan atılan raketlərin sayı ən azı ondan çox olur, yalnız bir partlayış necə ola bilərdi?

Bundan əlavə, “Qrad”dan Gəncəyə raket atmaq üçün o şəhərdən maksimum 20 km məsafədə yerləşməli idi. Əslində azərbaycanlıların dediyinə görə ermənilər artıq Gəncə ətrafına çatıb.

Növbəti cəfəngiyat adi bir fotoşəkil idi: iddi olunurdu ki, fotodakı  kiçik uşağın cəsədi Gəncə xarabalıqlarından çıxarılıb. Lakin bu foto 2016-cı ildə Suriyada çəkilmişdi.

Belə, ER MN rəsmi olaraq bəyan edir ki, Ermənistan ərazisindən Azərbaycana doğru heç bir raket və bomba, hətta bir güllə atılmayıb.

Ադրբեջանական կեղծիքը Գյանջայի մասին

Gepostet von Armenian unified infocenter/Հայկական միասնական տեղեկատվական կենտրոն am Samstag, 17. Oktober 2020

Daha çox göstər
Back to top button