BaşlıcaSiyasət

ER ərazi bütövlüyünə qarşı hər hansı bir təcavüz adekvat cavab alacaqdır: XİN

ER XİN-i Azərbaycan tərəfindən ER ərazisinin hədəfə alınması ilə bağlı bəyanat yayıb.

“Oktyabrın 16-da, axşam saatlarında Azərbaycan tərəfindən növbəti dəfə Artsaxın yaşayış məntəgələri, o cümlədən Artsax paytaxtı Stepanakert atəşə tutulub. Nəticədə Şoş kəndinin 3 mülki sakini zərər çəkib.

Eyni zamanda, ER Hava Hücumundan Müdafiə sistemləri tərəfindən ER Syunik rayonu Xnatsax, Artsvanik, Davit Bek yaşayış məntəqələrində Azərbaycana məxsus PUA-ların uçuşu qeydə alınıb. PUA-lar ER SQ-nin və mülki infrastrukturlarına zərbələr endiriblər. Ölən və yaralanan olmadı.

Diqqətəlayiqdir ki, saatlar əvvəl Azərbaycan tərəfi təxribatçı və yalan məlumat yayıb, guya ER SQ tərəfindən Naxicevan Muxtar Respublikasının Ordubad rayonuna raket atmışdır. Onların ənənəvi iş metodları kimi bu dezinformasiya dalğasından sonra Ermənistan Respublikasının suveren ərazisinə qarşı həqiqi təcavüz törədildi.

Azərbaycan tərəfindən münaqişə coğrafiyasını genişləndirmək və bununla da bütün regional təhlükəsizlik sisteminə dönməz bir zərbə vurmaq məqsədilə göstərilən cəhdlər qətiyyətlə pislənməlidir. “Ermənistan Respublikasının ərazi bütövlüyünə edilən hər hansı bir təcavüz adekvat cavab alacaqdır”,- bəyanatda deyilir.

Daha çox göstər
Back to top button