
Ermənistan Respublikası və Azərbaycan Respublikası 18 oktyabr, yerli saat 00:00-dən etibarən humanitar atəşkəsi elan etməyə qərar verib.
Bu barədə ER XİN məlumat yayıb.
“Bu qərar, ATƏT-in Minsk qrupu həmsədrlərini təmsil edən Fransa Respublikası, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları prezidentlərinin 1 oktyabr tarixli bəyanatı, ATƏT-in Minsk qrupu həmsədrlərinin 5 oktyabr tarixli bəyanatının və Moskvada 10 oktyabr tarixli birgə bəyanatın davamı olaraq qəbul olunub”- deyə ER XİN-in bəyanatında qeyd olunur.