BaşlıcaSiyasət

Samvel Karapetyan Əliyevin ittihamlarına cavab verdi

“Taşir” şirkətlər qrupunun təsissçisi  bu gün Azərbaycan ordusu tərəfindən bombalanan xəstəxanalar, məktəblər, uşaq bağçaları və kilsələri özləri  tikdiklərini, eyni zamanda bununla  mülki əhalini də əsirgəmədiklərini qeyd etdi.

“SputnikArmeniya”nın verdiyi məlumata görə,” Taşir” şirkətlər qrupunun təsisçisi və Rusiyanın Erməni İşgüzarlar Birliyinin  rəhbəri Samvel Karapetyan, Azərbaycan Prezidenti İlham Əliyevin DQR-na silah tədarükü ilə bağlı ittihamlarını əsassız və absurd adlandırdı. Karapetyan, hər zaman bölgədə sülh çağırışı etdiyini xatırlatdı.

Azərbaycan təbliğat maşını daha bir dezinformasiya yaydı

Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev zəngin erməni iş adamlarını (Samvel Karapetyan da daxil olmaqla) mülki təyyarələr  vasitəsiylə DQR münaqişə zonasına silah daşınmasında günahlandırmışdı.

“Azərbaycan Prezidentinin ittihamları əsassız və absurddur, dediklərinin reallıqla heç bir əlaqəsi yoxdur. Bu cür bəyanatların bu qədər yüksək səviyyədə  səsləndirilməsi narahat edicidir.

Hər hansısa bir  üçün sirr deyil ki,   mən daima DQR-da həm sözlə həm də əməllə barışıq çağırışı etmişəm”- deyərək iş adamı qeyd edib.

“Qeyd edək ki, Azərbaycan ordusu tərəfindən bombalanan xəstəxanalar, məktəblər, uşaq bağçaları və kilsələri biz  tikdirmişik, hansılar ki, bu gün  Azərbaycan tərəfindən bombardıman edilir.Bir daha öz mövqeyimi  təkrar etmək istəyirəm Bu münaqişəni müstəsna olaraq sülh  yoluyla həll etmək mümkündür

Hər zaman erməni xalqına dəstək olduğumu vurğulamaq istəyirəm, gələcəkdə bölgədə müstəsna humanitar və sosial proqramların həyata keçirilməsini davam etdirmək niyyətindəyəm”-deyərək  o, vurğulayıb.

Daha çox göstər
Back to top button