ArtsaxBaşlıcaSiyasət

Vitali Milonov Azərbaycan hakimiyyətləri tərəfindən öz adının “qara siyahı”ya daxil olunması qərarına reaksiya verib

Dövlət Dumasının deputatı Vilati Milonov “ФАН”a verdiyi müsahibədə öz adının Azərbaycan “qara sıyahısı”na daxil onumasını müharibəni başlatan təcavüzkarların Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında iştirak etmək istəməmələrinin əlaməti adlandırıb.

“Əgər bu, gördüyüm kimi mülki insanları bombalayan, qadınları, uşaqları öldürmək, dinc şəhərləri bombalamaq üçün Türkiyə pilotsuz uçuş aparatlarını göndərən ölkədirsə, o zaman bu ölkənin ağ siyahısında olmaq istəmirəm, ən qara siyahıda olmağı üstün tuturam”- deyə deputat qeyd edib.

Milonov Bakıya belə cavab üçün təşəkkürünü bildirib, lakin qeyd edib ki, Azərbaycan “öz yanaşmasını dəyişdirməlidir”. “Dünya cəmmiyətinə qoşulmaq istəyən sivil dövlət belə davranmamalıdır”- deyə deputat vurğulayıb.

Milonov ümid bildirib ki, Azərbaycan və Türkiyə prezidentləri Qarabağdakı hərbi əməliyyatların dayandırılmasına qərar verəcək.

“Məni ömür boyu o siyahıya sala bilərlər, əsas odur ki, mülki şəxsləri ölənlərin siyahısına salmasınlar. Və tam olaraq da bunu edirlər. İndi onlar müharibə aparır, indi onlar qatildirlər, insanların qanı onların əllərindədir, vicdanlarındadır. Bununla necə yaşayacaqlar?”-  Milonov yekunlaşdırıb.

Daha çox göstər
Back to top button