BaşlıcaSiyasət

Zohrab Mnatsakanyanın ABŞ-a səfərinin təşkili üçün işlər aparılır

Mnatsakanyanın ABŞ səfəri çərçivəsində ABŞ dövlət katibi Mayk Pompeo ilə görüş planlaşdırılır.

“SputnikArmeniya”nın verdiyi məlumata görə,ER Xarici işlər naziri Zohrab Mnatsakanyanın Vaşinqtona səfərini hazırlamaq üçün işlər görülür.

Bu barədə Ermənistan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri Varujan Nersisyan “The Hill”-ə bildirib.

Nersisyan, Mnatsakanyanın səfərinin bu ay baş tutacağına, ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşün planlaşdırıldığına ümid etdiyini bildirdi. Səfir, səfərin detallarının ER Xarici işlər nazirliyi və ABŞ Dövlət Departamenti tərəfindən rəsmi olaraq elan ediləcəyini bildirdi.

Qeyd edək ki,görüş ABŞ-Ermənistan illik strateji dialoqu çərçivəsində planlaşdırılır, lakin Dağlıq Qarabağ münaqişəsinin  kəskinləşməsi fonunda yeni bir əhəmiyyət qazanır.

Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ dövlət katibi Mayk Pompeo WSB telekanalına verdiyi müsahibədə Vaşinqtonun ermənilərin Dağlıq Qarabağda özlərini  müdafiə edə biləcəklərinə ümid etdiyini  bildirmişdir.

Daha çox göstər
Back to top button