ArtsaxBaşlıcaSiyasət

Artsax Preidenti Almaniya parlamentinin nümayəndəliyini qəbul edib

Artsax Prezidenti Arayik Harutyunyan bu gün “Almaniya üçün Alternativ” partiyasının parlament nümayəndəliyini qəbul edib.

“Almaniyanın bu partiyasıyla artıq beş ildir əməkdaşlıq edirik. Düşünürəm ki, müharibənin bu çətin günlərində öz təşəbbüsləri ilə Artsaxda olmaları bu əməkdaşlığın səmərəliliyini sübut edir”- deyə o, öz “Facebook” səhifəsində yazıb.

 Görüş zamanı vəziyyətlə əlaqəli məsələlər və onlara siyasi qiymət verilməsinin zəruriliyi müzakirə olunub.

“Artsaxın marağındadır ki, Azərbaycanın təxribat xarakterli hərəkətləri sivil dünyan tərəfindən qeydə alınsın. Əminəm ki, bir müddət sonra burada sülh şəraitində görüşəcəyik”- deyə Harutyunyan görüş zamanı qeyd edib. Alman partiyasının nümayəndələri qeyd edib ki, artıq Azərbaycanın addımlarını dayandırmaq üçün hansı səylərin göstərildiyini görüb.

Qeyd edək ki, Bundestaqın deputatları dünən Artsaxda mətbuat konfransı keçirib. Deputat Ştefen Kotre deyib ki, gerçəkləri öz gözləri ilə görmək üçün Artsaxı ziyarət edib. O bildirib ki, Stepanakertlə yanaşı Şuşini də ziyarət edib, atəşə tutulmuş kilsəni görüb və əmin olub ki, kilsənin yaxınlığında heç bir hərbi obyekt yoxdur.

Daha çox göstər
Back to top button