BaşlıcaSiyasət

DQ həmişə də ermənilərin ölkəsi olub: Paşinyan öz məlum bəyanatını şərh edib

 “Franc-24”  televiziya kanalına verdiyi müsahibədə Baş nazir Nikol Paşinyan Dağlıq Qarabağda Artsaxın Ermənistan olduğunu niyə elan etdiyi sualına cavab verdi.

“SputnikArmeniya”nın verdiyi məlumata görə, ER Baş Naziri Nikol Paşinyan “France-24” telekanalına verdiyi müsahibədə əvvəlki “Artsax Ermənistandır, vəssalam” ifadəsinə münasibət bildirdi.

“Və niyə Artsax-Dağlıq Qarabağ, Ermənistandır? Bu gün Qarabağdasınızsa, orada 4, 5, 7, 10, 13 əsr erməni kilsələrini görəcəksiniz. İlk erməni məktəbi Dağlıq Qarabağ ərazisində yaradılıb.

 Dağlıq Qarabağ əhalisinin 80% -i, həmişə ermənilər olub. Ermənistan isə ermənilərin ölkəsi deməkdir. Dağlıq Qarabağ tarix boyu ermənilər ölkəsi ermənilərin diyarı olub”-deyərək  Paşinyan qeyd edib.

O, Dağlıq Qarabağ məsələsinin xarici mediada və beynəlxalq platformalarda ərazi mübahisəsi kimi təqdim edildiyini, insan haqlarının reallaşdırılması məsələsi olduğunu, Dağlıq Qarabağ ermənilərinin 1988-ci ildən bəri mövcud təhlükə ilə üzləşdiyini qeyd etdi.

Paşinyan, Sovet İttifaqının süqutu  dövründə  haçan ki, Sovet Azərbaycanı Sovet İttifaqından müstəqilləşdi  Dağlıq Qarabağ Muxtar Vilayətinin Sovet qanunvericiliyindən faydalanaraq , əgər Sovet Respublikası müstəqillik əldə edərsə, onun  tərkibində olan muxtar birliyi öz statusunu, müstəqilliyini  elan edəcəyinə  qərar verə biləcəyini vurğuladı.

“Və müstəqillik elan edildiyi dövrdə Dağlıq Qarabağa qarşı tam hərbi əməliyyatlar başlanıldı. Şəhərlər, kəndlər, yaşayış məntəqələri bombalandı, insanlar təxminən 2 il öz mənzillərində yaşamaq imkanından məhrum edildi.

 Heç bir beynəlxalq qüvvə həmin  prosessi  dayandırmırdı.Dağlıq Qarabağ xalqı özünümüdafiə qüvvələri yaratdı. Özünümüdafiə qüvvələrinin fəaliyyəti nəticəsində sadəcə bu mərmiləri və raket hücumlarını evlərindən  uzaqlaşdırmaq  məcburiyyətində qaldı.

ER  Azərbaycana “yaşıl işıq” yandıran qərəzli bəyanatları qınayır

Xatırladaq ki, ER Baş Naziri Nikol Paşinyan 2019-cu il avqustun 5-də  Artsaxın paytaxtı Stepanakertdə 7-ci Ümumerməni Yay oyunlarının açılışı  ərzində dedi ”Artsax Ermənistandır vəssalam” demişdir..

Daha çox göstər
Back to top button