BaşlıcaSiyasət

Ermənistan və Azərbaycan liderləri görüşə hazır olduqlarını bildirdilər

ER Baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev Moskvada Rusiynın vasitəçiliyi ilə görüşə hazır olub olmadıqlarına dair sualına cavab veriblər.

Rusiya KİV-lərinin məlumatına görə, həm Nikol Paşinyan, həm də İlham Əliyev DQ münaqişəsinin nizamlanması üçün yol tapmaq məqsədilə görüşə hazır olduqlarını bildiriblər.

“Biz həmişə demişik ki, DQ məsələsi yalnız və yalnız sülh yolu ilə həll olunmalıdır. Təəssüf ki, Azərbaycan bu fikirlə razılaşmır. Bizim mövqeyimiz odur ki, DQ münaqişəsi yalnız sülh yolu ilə həll olunmalıdır. Qarşı tərəf kompromisə getmək istəmirsə, Dağlıq Qarabağdakı xalqımızın hüquqları, soydaşlarımızın haqları naminə sona qədər mübarizə aparmağa hazırıq. Bu Ermənistan hökuməti, Ermənistan xalqı və Erməni dasporasının mövqeyidir. Düşünürəm ki, bu səmimi və konstruktiv bir mövqedir”,-deyə Nikol Paşinyan qeyd etdi.

İlham Əliyev isə, deyib: “Qarşıdurmaya son qoymaq və həll yollarını tapmaq üçün həm Moskvada, həm də hər hansı digər bir yerdə görüşməyə hər zaman hazırıq”.

Daha çox göstər
Back to top button