
Bu müharibə Qarabağ statusu üçündür və o status məsələsini həll edə bilər
Baş nazir Nikol Paşinyan Facebook səhifəsində yazdı ki, bu müharibə Qarabağın statusu üçündür, əgər müharibədə nailiyyətlər qeyd edərsək status məsələsini həll edə bilər.Bu haqda Paşinyan öz Fasebook səhifəsində yazıb.
“1. Bu müharibə nə üçündür? Qarabağın statusu.
2. Bu müharibədən çəkinə bilərdikmi? Bəli, əgər əraziləri təhvil versəydik və Qarabağın naməlum statusuna, naməlum vaxtda, gələcək statusu qeyri-müəyyən bir müddətə, sonrakı status tənzimləmə mexanizmi olmayan şəraitlərdə
3. Danışıqlar yolu ilə Qarabağa məqbul və ya hər hansı bir statusa çata bilərdik? Xeyr, çünki bunun son imkanı 2011-ci ildə Kazanda tükənmişdi
4. Bu müharibəni məgər dayandıra bilərikmi? Nəzəri cəhətdən bəli, 2-ci bənddə göstərilən versiyanın biraz daha pis formulu ilə.
5. Müharibə Qarabağın statusunu həll edə bilərmi? Bəli, müharibədə nailiyyətli olsaq.
6. Müharibədə uğur qazana bilərikmi? Bəli, milli potensialımızı bu hədəf ətrafında cəmləşdirsək və fədakarcasına bu məqsədə hamımız əlbir olarsaq”-deyərək Baş nazir yazıb.