BaşlıcaSiyasət

RF-da Qarabağdakı atəşkəsə nəzarət mexanizmi ilə bağlı tezliklə razılığa gəlməyə ümid edirlər

Rusiya Xİ naziri Sergey Lavrov, Dağlıq Qarabağ münaqişəsi tərəflərini və digər beynəlxalq oyunçuları qarşıdurma ritorikasının artmasını dayandırmağa çağırıb. Bu barədə TASS məlumat yayıb.

“Əminik ki, indi çox səy tələb etməyən ən vacib şey, həm münaqişə tərəfləri, həm də beynəlxalq səviyyədə məsuliyyət daşıyan oyunçular vasitəsi ilə ziddiyyətli ritorikanın dərhal dayandırılmasıdır”- deyə o mətbuat konfrasnı zamanı qeyd edib.

Lavrov atəşkəsin işləməsi üçün ona nəzarət mexanizmlərinin vacibliyindən danışıb: “Bizim Müdafiə Nazirliyimiz bunun üzərində Azərbaycan və Ermənistandan olan həmkarları ilə aktiv işləyir. Ümid edirik ki, ən yaxın vaxtlarda bu cür mexanizm razılaşdırılacaq”. 

Daha çox göstər
Back to top button