ArtsaxBaşlıcaSiyasət

XİN Azərbaycan tərəfinin humanitar atəşkəs rejiminə əməl etməməsinə dair bəyanat yaydı

Oktyabrın 17-da Ermənistan və Azərbaycan Xarici İşlər Nazirlikləri humanitar atəşkəslə bağlı bəyanat yayıb. Humanitar atəşkəs ATƏT Minsk qrupunun həmsədrlərinin səyləri və Fransanın Prezidentinin şəxsi vasitəçiliyi ilə əldə olunub. Ermənistanın Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, Moskva razılaşmasından sonra da Azərbaycan bu dəfə də öz öhdəliklərinə sadiq qalmağa tam hazır olmadığını bir daha göstərdi.

“Bütün bunlar Azərbaycanın hərbi-siyasi rəhbərliyinin nümayəndələrinin bəyanatı ilə müşahidə olunub. Onlar bəyan edib ki, Azərbaycan müharibə hərbi əməliyyatlarının zəfərinə qədər dayandırılmayacaq. Maraqlıdır ki, oxşar bəyanatlar Türkiyədə də olub.

Humanitar atəşkəsindən dəqiqələr sonra Azərbaycanın silahlı qüvvələri hərbi əməliyyatları yenidən başlayıb, oktyabrın 18-də isə səhər saatlarında cənub istiqamətində genişmiqyaslı hücuma keçiblər.

Deməli ki, bu, atəşin dayandırlmasında dair ikinci razılaşmasıdır ki, Azərbaycan əmək etmək istəmir və ya edə bilmir. Eyni zamanda beynəlxalq ictimaiyyəti, ilk növbədə ATƏT Minsk qrupunun həmsədr ölkələrini aldadır.
Biz oktyabrın 10-da Moskvada birgə bəyanatı və oktyabrın 17-də vəayantı ilə götürdüyümüz öhdəliklərə sadiqik.

Bu baxımdan, həm ATƏT-in Minsk Qrupu həmsədrlərinin, həm də həmsədrlərin xarici işlər nazirlərinin 5 oktyabr açıqlamalarına praktiki ifadə verən həmin açıqlamaları bir daha təsdiqləyirik.

Biz danışıqlar prosesi yolu ilə yalnız sülh həllinə sadiqik. Əldə olunan razılaşmalara sadiq qalaraq, Ermənistan Respublikası Azərbaycanın məsələni hərbi yolla həll etmək niyyətini qətiyyətlə rədd etmək üçün bütün lazımi addımları atma hüququna malik olacaq.”

Daha çox göstər
Back to top button