
Fransanın Vyen şəhərinin icma şurası yekdilliklə Artsax Respublikasının tanınması barədə qərar qəbul edib. Vyen bələdiyyə sədrinin müavini Levon Sakunts öz “Facebook” səshifəsində yazı dərc edərək qeyd edir ki, icma şurası Artsax Respublikasının tanınması üçün Fransa hökumətinə müraciət edib: “Vyana Şəhər Şurası yekdilliklə Artsax Respublikasının tanınması barədə qərar qəbul edib. Müharibə vəziyyətini izah etdikdən sonra, 2014-cü ildən bəri Hadrut-Vyana əlaqəsini qurduqdan sonra icma şurası bir daha münaqişədən zərər çəkən mülki əhaliyə dəstəyini bildirir və Artsax Respublikasını tanımaq üçün Fransa hökumətinə müraciət edir. Şura müharibə nəticəsində evakuasiya olunmuş əhaliyə 5.000 avro maddi yardım verilməsinə qərar verilib”- deyə Sakunts yazıb.