BaşlıcaSiyasət

İran ərazisinə PUA düşüb

İranın Xudafərin vilayətinin rəhbəri Əli Amiri Rad bildirir ki, bu gün səhər saatlarında ölkənin Qara Quç kəndinin ərazisinə PUA düşüb. Məlumat İRNA agentliyi yayıb.

Hadisə nəticəsində insan və ya maddi itkilər yoxdur.

Əli Amiri Radın sözlərincə, hazırda mütəxəssislər pilotsuz uçuş aparatını Dağlıq Qarabağ münaqişəsinin hansı tərəfinə aid olduğunu öyrənmək üçün araşdırırlar.

Qeyd olunur ki, müaqişə zonasında döyüş əməliyyatları fonunda 6-dan çox mərmi İran ərazisinə düşüb.

Daha çox göstər
Back to top button