
Müdafiə nazirliyinin nümayəndəsi bildirib ki, Azərbaycan silahlı qüvvələri həm texnoloji, həm də kəmiyyət baxımından erməni silahlı qüvvələrindən artıqdır , lakin bu, onlara demək olar ki, kömək etmir.
“SputnikAreniya”nın məlumatınca,Ermənistan Müdafiə nazirliyinin nümayəndəsi Artsrun Hohannisyan İctimai Televiziyada cəbhədə hökm sürən vəziyyəti təqdim edib.
İki ordunu müqayisə edən Hovannisyan, hücumun bəzi yerlərində Azərbaycan qoşunlarının qarşısında duran ermənilərdən on iki dəfə çox olduğunu qeyd etdi.
“On iki dəfə çox olub, bunun nə olduğunu başa düşürsünüzmü?” Belə bir olay demək olar ki, müharibə tarixində olmayıb və ya çox nadir hallarda olub.
Buna baxmayaraq, ilk yeddi gün ərzində heç bir yerə irəliləmədilər, qalan iyirmi gün ərzindəsə yalnız gündə 1-2 km irəliləmə olub”- deyə Hovannisyan qeyd edib.
Hovannisyan, düşmən ordusunun təkcə sayca deyil, həm də hərbi texnika baxımından Ermənistan ordusunu üstünlədiyini qeyd etdi.
“Artsaxda indi supergüclərin istifadə etdiyi bu cür texnika istifadə olunur. Düşmənin yüksək texnologiyalara sahib bir ordusu var, biz onu heç vaxt gizlətməmişik, amma bununla daonar yarmağı bacarmır.
On min əskərlərdən ibarət qrup,yüzlərlə tank, üç yüz topçular, xüsusi qırıcılarla və klassik mənada yarıb irəliyə keçməyi bacarmırlar”- deyərək Artsrun Hovannisyan qeyd edib.
Onun sözlərincə, Qarabağda aparılan müharibə öz gücüylə ABŞ tərəfindən İraka qarşı olan müharibəylə müqayisə edilə bilər.
“Və bütün bunlarla yanaşı onlar Cənubda o dərəcədə ağır döyüşlər aparır, irəli gələ bilmirlər.Sol qol Araksla müdafiə olunur və bu da onların xeyrina olmalıydı amma yox, elə ki,irəli gəlirlər dizləri qırılır”-deyərək MN nümayəndəsi qeyd etdi.
Onun sözlərinə görə, Qarabağdakı müharibə gücü baxımından ABŞ-ın İraqa qarşı əməliyyatı ilə müqayisə edilə bilər.