
Azərbaycan Prezidenti İlham Əliyev, alman “Bild” ilə əvvəlcədən razlaşdırılmış müsahibəni ləğv edib. Qəzetin jurnalisti Pol Rontshaymer bu barədə “Twitter “mikrobloqunda yazıb.
“Azərbaycan Prezidenti Qarabağ müharibəsi ilə bağlı “Bild”ə müsahibə verməyi qəbul edib. İndi isə birdən bu fikirdən vaz keçib. Hansı suallardan qorxursunuz, cənab Prezident?”- deyə alman jurnalisti həm Ermənistan prezidenti, həm də baş nazirin artıq “Bild”ə müsahibə verdiyini xatırladaraq yazdıb.