ArtsaxBaşlıcaSiyasət

İranın Xairic İşlər Nazirliyi: “Qarabağ münaqişəsinin hərbi həlli yoxdur”

Qarabağ münaqişəsinin hərbi həlli yoxdur, tərəflərin məsələni danışıqlar vasitəsi ilə həll etmələri lazımdır.

Bu barədə İranXarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib.

“Biz hesab edirik ki, müharibə münaqişəni heç bir şəkildə həll edə bilməz. Hərtərəfli danışıqlar vasitəsilə sabit sülhə nail olmaq mümkündür “, – deyən Xətibzadə qeyd etdi.

“Ümid edirik ki, tərəflər şüurlu şəkildə dinc atmosferdə tərəflərin ərazi bütövlüyünə hörmət əsasında, beynəlxalq hüquq çərçivəsində razılaşmanın əldə edilməsi ilə bağlı danışıqları davam etdirəcəklər”, – deyə Xətibzadə bildirib.

O, Tehranın Rusiya, İran və Türkiyənin iştirakı ilə həllinə kömək etməyi təklif edərək, bu təşəbbüsün ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsinin həlli səylərinə əlavə olduğunu qeyd edib.

Daha çox göstər
Back to top button