
İsveçrə Xarici işlər nazirliyi, əhaliyə və mülki obyektlər üzərinə bütün hücumlar dayandırılmalıdır.
“SputnikArmeniya”nın verdiyi məlumata görə, bu gün İsveçrə Xarici işlər nazirliyi, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Artsaxdakı humanitar fəaliyyətini dəstəkləmək naminə bir milyon İsveçrə frankı (təqribən bir milyon dollar) verməyə qərar verdi.
Bəyanatda münaqişə bölgəsindəki hərbi əməliyyatların dərhal dayandırılması tələb olunur.
“Münaqişə tərəfləri beynəlxalq humanitar hüquqa tam əməl etməlidirlər. Seçicilik və mütənasiblik prinsipləri, hərbi əməliyyatlarda iştirak etməyənlərin müdafiəsi önəmli olaraq qalır.
Bu baxımdan tərəflər gərək kasetli hərbi sursatdan istifadə etməkdən imtina etməlidir,hansılar ki, mülki şəxslər və döyüş əməliyyatlarında iştirakçılar arasında fərq qoymur”-deyərək İsveçrənin XİN bəyanatında qeyd edilib.
İsveçrə, humanitar atəşkəsə dair razılaşmanın həyata keçirilməməsindən təəssüflənir.