
Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev görüşünün gündəmində bir məsələ olacaqdır. ER Xİ nazirin müavini Şavarş Koçaryan Moskvada keçiriləcək görüş barədə danışdı.
Koçaryan qeyd etdi ki, görüş barədə ətraflı məlumatı yoxdur, amma ümumi olaraq gündəmdə bir məsələ olacaqdır – atəşkəs məsələsi.
ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərinə gəlincə, Koçaryan vurğuladı ki, indiyədək üç həmsədrdən Rusiya və Fransa daha aktivdir, çünki artıq ikinci dəfə atəşkəs elan etməyə əhd edirlər. Koçaryanın sözlərincə, Amerikanın da buna qoşulması çox önəmlidir.
Xatırladaq ki, oktyabrın 19-da Paşinyanla Əliyev Moskavada görüşməyə hazır olduqlarını bəyan etmişdilər.