BaşlıcaSiyasət

Ermənistan Azərbaycanla Türkiyəni atəşkəsə yönəlmiş cəhdlərə maneə olmamağa çağırıb

ER XİN bəyanat yayıb. Bəyanatda deyilir.

“Bu gün Azərbaycan XİN-i manipulyasiya xarakterli bir açıqlama verdi və Azərbaycanla Türkiyənin DQ məsələsini sülh yolu ilə nizamlanmasını rədd edən mövqeyini Erməni tərəfinin mövqeyi kimi təqdim etməyə çalışır.

Türkiyənin və onun dəstəklədiyi terrorçuların birbaşa iştirakı ilə Azərbaycan tərəfindən Artsax xalqına qarşı törədilən təcavüz Artsaxın yerli xalqının məhv olunmasına yönəlmişdir və ilk gündən bəri beynəlxalq hüququn bir çox pozuntusu və müharibə cinayətləri ilə həyata keçirilmişdir.

Bu əməliyyatlar Artsax xalqının varlığının təhlükəsizliyinin tam təmin etməsini gündəm məsələsinə çevirilirlər.

ER, ATƏT-in Minsk Qrupu həmsədr ölkələri rəhbərlərinin vasitəçiliyi ilə oktyabrın 10-da və 17-də edilən bəyanatlarla nəzərdə tutulan atəşkəs razılaşmasını dəstəkləyir.

Daima münaqişənin hərbi yolu ilə nizamlanmasını istisna edən mövqeyimizi bir daha da təsdiq edərək, qeyd edirik ki, DQ məsələsi yalnız sülh yolu ilə və beynəlxalq mandatı olan ATƏT-in Minsk Qrupu həmsədrliyinin çərçivəsində həll olunmalıdır.

Azərbaycanı və onu dəstəkləyən Türkiyəni beynəlxalq ictimaiyyətin atəşkəs rejiminin tətbiqinə yönəlmiş səylərinə maneə törətməməyə və günahkar olaraqgünahlandırmaq ənənəvi siyasətlərindən şəkinməyə çağırırıq”.

Daha çox göstər
Back to top button