BaşlıcaSiyasət

Paşinyanın mətbuat katibi ER Baş nazirinin sülh yolu ilə nizamlanma nəzərini şərh etdi

O, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə hazır olduğunu qeyd etdi və ATƏT-in Minsk Qrupu həmsədrlərinin, xüsusən Rusiyanın səylərini yüksək qiymətləndirdi. Azərbaycansa problemi həll etməyin hərbi yolunu nəzərdən keçirir.

“SputnikArmeniya”nın  verdiyi məlumata görə  Ermənistan Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə hazırdır və ATƏT-in Minsk qrupunun, xüsusən də Rusiyanın səylərini yüksək qiymətləndirir.

Bu haqda ER Baş naziri Nikol Paşinyanın mətbuat katibi Mane Grikoryan  bu haqda  “RİA Novosti”-yə müsahibəsində bildirib.

Bundan əvvəl Baş nazir Paşinyan canlı Facebook səhifəsində bu mərhələdə Qarabağ münaqişəsinin diplomatik həlli barədə danışmağın mənasız olduğunu bildirmişdi.

Baş nazir, “Artsax məsələsinə diplomatik həll yolunun tapılması üçün bütün ümidlər və təkliflər əslində bitmiş sayılmalıdır”-deyərək  Baş nazir  qeyd edib.

“ER Baş naziri Nikol Paşinyan bugünkü çıxışında Ermənistanın hər zaman Dağlıq Qarabağ münaqişəsinin kompromis həllinə hazır olduğunu, indi də hazır olduğunu vurğuladı.

Baş nazir Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşməyə hazır olduğunu bildirdi”-deyərək  Grikoryan qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan hərbi yolu məsələni həll etməyin əsas yolu hesab edir və atəşkəs razılaşmalarını davamlı olaraq pozur.

“Buna görə də, erməni xalqı öz müdafiə potensialını birləşdirməlidir ki, sonradan diplomatik cəbhədə səslərini qoruya bilsin. Ermənistan hazır idi, indi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə hazırdır və bunda ATƏT MQ ölkənin vasitəçilik səylərini xüsusiyla  RF-nın  vasitəçilik səylərini  olduqca yüksək qiymətləndirir”-deyərk mətbuat katibi bəyan edib.

Xatırladaq ki, Ermənistan və Azərbaycan Xarici işlər nazirləri Zöhrab Mnatsakanyan və Ceyhun Bayramov məsləhətləşmələr aparmaq üçün oktyabrın 9-da Moskvaya yola düşdülər.

Rusiya Xarici işlər aziri Sergey Lavrovla ortaq görüş, təxminən 11 saat davam etdi və münaqişənin həlli üçün dörd bənddən ibarət bir razılaşmanın qəbul edilməsi ilə sona çatdı.

Daha çox göstər
Back to top button