BaşlıcaSiyasət

“Qorxunun təsiri altında olub”: Qalmaqallı videodakı Azniv həqiqətən əsir götürülüb: ER MTX

ER vətəndaşı Azniv Bağdasaryan oktyabrın 7-də azərbaycanlılar tərəfindən əsir götürülüb. Bu barədə “SputnikArmeniya”nın yazılı sorğusuna cavab olaraq DTX-dən bildirilib.

Oktyabrın 7-də Azərbaycan mətbuatında video yayılıb ki, Azərbaycanın “çox mehriban” əsgərləri guya asanlıqla və sakitcə Artsaxın kəndkərindən birində qalmış Azniv Bağdasaryanı qəbul edir. Azərbaycanın təqdim etdiyi və açıq-aşkar şəkildə səhnələşdirdiyi video sosial şəbəkələrdə qalmaqala  səbəb olub, çünki qadın azərbaycanlılara deyirdi: “Evinizə xoş gəldiniz”. Ondan sonra məlumat yayılıb ki, sanki Azniv erməni deyildir və  eyni qadın 2019-cu ildə də Azərbaycan mətbuatında yer alıb.

“Oktyabrın 7-də əsir götürüldükdən sonra Azərbaycanın az.sputniknews.ru saytına verdiyi müsahibədə (red.- Azniv Bağdasaryan mətbuat konfrans verib, saytda müsahibə deyil, məqalə idi) qorxunun təsiri altında deyib ki, 3 gün huşsuz vəziyyətdə idi. Sonra guya qadını azərbaycanlı əsgərlər tapıb, həyatını qurtarıb”- deyə ER MTX mesajında deyilir.

BQXK Ermənistan nümayəndəliyinin komunikasiya üzrə proqram rəhbəri Zara Amatuni də öz növbəsində “SutnikArmeniya”ya bildirib ki, BQXK nümayəndəliyinin nümayəndələri  Azərbaycanda Azniv Bağdasaryanı ziyarət edib.

 “BQXK nümayəndələri onun saxlanma şəraiti, ona qarşı münasibətlə tanış oldular və ona ailə üzvləri ilə əlaqə qurma imkanı verib”- deyə Amatuni qeyd edib.

Daha çox göstər
Back to top button