BaşlıcaSiyasət

Cənubi Qafqazdakı bugünkü qeyri-sabitlik Avropadakı sabahkı qeyri-sabitlikdir. Tatevik Hayrapetyan

Türkiyə terrorizmə qarşı mübarizə barədə danışırsa da, məhz bu anda ermənilərə qarşı mübarizə aparmaq üçün regiona terrorçular gətirir. “Armenpress”-ə əsasən, bu barədə ER Parlamentinin “Mənim addımım” fraksiyasının deputatı Tatevik Hayrapetyan AŞPA-da “Türkiyədə siyasi müxalifətə və vətəndaş cəmiyyətə qarşı yeni tezyiqlər: Avropa Şurasının standartlarının qorunması üçün təcili zəruriyyət” adlı məruzənin müzakirəsi zamanı qeyd edib.

“Qəribə deyildir ki, azərbaycanlı millət vəkilləri Türkiyəni hətta türk millət vəkillərindən daha fəal müdafiə edir, çünki Azərbaycan tədricən Türkiyənin bölgələrindən birinə çevrilir. Üstəlik, Bakının diktatoru İlham Əliyev, Türkiyə ilə Azərbaycanın problemlərini etnik amil əsasında həll etməyə çalışdıqlarını açıq şəkildə bildirib. Türkiyə terrorizmlə mübarizədən danışır, halbuki Türkiyə bölgəyə, Dağlıq Qarabağa ermənilərə qarşı mübarizə aparmalı olan terrorçular gətirir. Bunu mən demirəm, beynəlxalq mətbuat və bir sıra ölkələrin liderləri bu barədə açıq faktlar təqdim edərək bundan danışır”- deyə deputat qeyd edib.

O vurğulayıb ki, Türkiyə açıq şəkildə Azərbaycana dəstək göstərir və yalnız diplomatik baxımından deyil. Türkiyə açıq bəyan edir ki, Azərbaycan təcavüzünə dəstək olaraq qoşunlar göndərməyə hazırdır.

“Azərbaycanda demokratiya barədə danışrılar o halda ki, onlar 17 il davamlı olaraq bir diktator tərəfindən idarə olunur və vitse-prezident prezidentin həyat yoldaşıdır. Əslində, daxili və xarici siyasət bir-biriylə bağlıdır və indi dünyanın müxtəlif hissələrində  Türkiyənin qeyri-sabitlik rol oynadığı bəllidir. Cənubi Qafqazdakı bugünkü qeyri-sabitlik Avropadakı sabahkı qeyri-sabitlikdir”- deyə deputat qeyd edib.

Daha çox göstər
Back to top button