
ER Baş naziri Nikol Paşinyan Azərbaycanın mövqeyinə toxunub ki, ona əsasən Türkiyə DQ münaqişəsinin danışıqlar prosessinə cəlb olunmalıdır. “Armenpress”in verdiyi məlumata görə, “İnterfaks” ilə söhbətində Paşuinyan qeyd edib ki, bu qəribə mövqedir.
“ Nə qədər ki,Moskvada Rusiya, Ermənistan və Azərbaycan Xarici işlər nazirləri tərəfindən bir bəyanat qəbul edildi ki, orada açıq şəkildə ATƏT-in Minsk Qrupu həmsədrliyinin formatının dəyişilməyəcəyi dəqiqliklə protokollaşdırılıb.
Danışıqlar bu formatla davam etməlidir. Azərbaycan hər dəfə mövqeyini dəyişirmi? Dediyim kimi Azərbaycan hər dəfə öz mövqeyini dəyişir.
Məsələ Moskvada edilən ortaq bəyanatda razılaşdırıldı, ancaq iki gün sonra Azərbaycan Türkiyənin ATƏT-in Minsk Qrupunun həmsədri olması lazım olduğunu elan etdi.
Sanki məsələ həll olundu, bəyanat var , məsələ bağlandı, amma o təkrarən açılır. Bu vəziyyətdə hər dəqiqədə Azərbaycan artıq razılaşdırılmış mövqeləri və məsələləri dəyişdirdiyi zaman bu işi necə səmərəli şəkildə həyata keçirmək olar?”- deyərək Baş nazir qeyd edib.