
Rusiya Prezidenti Vladimir Putin, Dağlıq Qarabağda qarşıdurmanın erməni xalqına qarşı cinayətlərlə başlanığıc aldığını deyb.
“Bu qarşıdurma dövlətlərarası qarşıdurma və yaxud ərazilər uğrunda mübarizə olaraq deyil, etnik qarşıdurmadan başlayıb.
Təəssüflər olsun ki, bu faktdır Sumqayıtda, sonra da Dağlıq Qarabağda erməni xalqına qarşı amansız cinayətlərin törədildiyi bir fakt”-deyərək НТВ-in məlumatıba görə, bu haqda “Valday” müzakirə klubunda RF Prezidenti bildirib.
Putin qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya Federasiyasından çox heç kim maraqlı deyil.
“Bizim üçün xüsusi bir vəziyyətdir. Qrup 1992-ci ildə yaradıldı, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə quruldu. Danışıqlar prosesini təşkil etmək məsuliyyətini daşıyırıq.
Mən 100% əminəm ki, prosesin bütün iştirakçıları vəziyyətin həll olunmasına ürəkdən səy göstərir. Ancaq heç kim bununla Rusiya qədər heç kim maraqlı deyil”-deyərək RF Prezidenti qeyd edib.
RF Prezidentininsözlərincə, əgər Dağlıq Qarabağ danışıqları 30 il ərzində nəticə verməyibsə, bu o demək deyil ki, hərbi əməliyyatlar başlanmalıdır.
Putinin fikrincə, Rusiyanın Qarabağ münaqişəsindəki mövqeləri Türkiyənin mövqeləri ilə üst-üstə düşmür.