
İranın Rusiyadakı səfiri Kazem Cəlali RİA Novosti-yə bildirib ki, Tehran Dağlıq Qarabağdakı döyüş əməliyyatlarını yaxından izləyir və sərhədlərinə və ya ərazilərində təcavüzə icazə verməyəcək.”RİA Novosti”yə verdiyi müsahibəsində bu haqda RF-da İİR səfiri Kazem Calali bəyan edib.
İran mətbuat vasitləri oktyabdın 20-də bildirmişlər ki, Qarabağ münaqişəsi zonasından İanın sərhəd ərazisinə pilotsuz uçan aparat düşüb.Ona kimi İranın XİN-I bildirmişdir ki, Qarabağda döyüşlər səbəbindən sərhəd xəttində olan evlər üzərinə 8 mərmi düşüb.
“Bizim ölkəmizin sərhədyanı bölgələrində mövcud aktivlik İran İslam Respublikası tərəfindən ciddi və diqqətlə izlənilir və bölgədəki münaqişə tərəflərindən hər hansı birinin təcavüzünü ölkəmizdə qəbuledilməz elan edərək, onlara lazımi ehtiyatla ciddi şəkildə xəbərdarlıq edirik”-deyərək Cəlali qeyd edib.
Səfir,İranın “bütün tərəflərlə sıx və ciddi əlaqələri olduğunu” vurğuladı. “İran İslam Respublikası sərhədlərində təcavüzə heç vaxt icazə verməyəcək.
Azərbaycan və Ermənistan arasında baş verən son hadisələr zamanı hər iki tərəfə bu prinsipə əməl etməyənlərin tamamiləimtina olunacaq”- deyərək diplomat qeyd edib.
Onun sözlərinə görə, “bəzi müdafiə sahələrində İran özünü təmin etməkçün, hətta ixrac etmək imkanlarını əldə edib”.”Əgər biz ehtiyac hiss edərsək vasitələr əldə edəcəyik”-deyərək diplomat təhlil edib.
Diplomatik nümayəndəliyin rəhbəri “Əgər ehtiyac hiss etsək, tədbirlər görüləcək” dedi.