BaşlıcaSiyasət

Artsrun Hovhannisyan silahlanma haqqında: “Son 2 il görünməmiş bir il olub”

“Sputnik Armeniya” ilə söhbətində Artsrun Hohannisyan Ermənistanın hava hücumundan və hava qüvvələrinin problemlərindən danışdı.

“SputnikArmeniya”nın verdiyi məlumata görə,Ordumuzun çatışmazlıqları, qazandığı uğurlar da,qüsurları da zamanımızın nəticəsidir.  

ER Müdafiə nazirliyinin rəsmi nümayəndəsi Artsrun Hovannisyan “SputnikArmeniya” ilə söhbətində belə bir fikir bildirib.

“Orduda olmağın müsbət cəhətləri uzun müddətdir formalaşmış ənənələrə uyğundur, əlbəttə ki, son 2-3 ildə bu  baxımla çox böyük işlər görülmüşdür.

Eyni zamanda bizim ordu son iki ildə yeni silahlarla silahlanmışdı,heç vaxt  bizdə belə bir şey olmamışdı”- deyərək Hovhannisyan qeyd edib.

Onun sözlərincə, illər uzunu biz Azərbaycandan  daha az silah almışıq.

Hovannisyan  qeyd edib ki, 2019-2020-ci illər ərzində Silahlı qüvvələr çox sayda yeni silah əldə etdi, lakin asanlıqla həll olunmayan uyğunlaşma,  peşəkarlıq, qarşılıqlı fəaliyyət məsələləri var ki, bunlar da  asanlıqla  həll olumur..

Artsrun Hovannisyan,bir nümunə olaraq,eyni zamanda  qeyd etdi ki, qısa müddətdə SU-30-u  ES-300 ilə inteqrasiya edə bilməzsən.

Bundan əlavə, Hovannisyan xatırlatdı ki, Ermənistanın heç vaxt bir qırıcısı olmayıb, bu halda pilotlar hələ onun idarə edilməsini, silahların   istifadəsini  mənimsəməlidir ki, bunun üçün 1-2 il lazım gəlir.

Hovannisyan 4 SU-30 əvəzinə 10 MIG-29 alınması barədə yayılan şayiələrə toxunaraq, bunları absurd hesab etdi.

“Son 25 ildə əsl mütəxəssis boşluğundan danışırıqsa,bu  başqa məsələdir. Aviasiya komponentinin inkişafı barədə düşünmək lazım idi.

Söhbət bir növ silahdan yox, helikopterlərdən, PUA-dan daha sonra qırıcılardan gedir” – deyərək Hovannisyan qeyd edib.

O, həmçinin dedi ki, oxşar boşluq bəlkə də  maliyyə səbəbindən olub ona görə ki, aviasiya tərkibi  bahadır.

Daha çox göstər
Back to top button