BaşlıcaBeynəlxalq

Kanada şirkəti Türkiyəyə PUA mühərriklərinin tədarükünü dayandırır

Kanadanın «Bombardier Recreational Products» şirkəti bəyan edib ki, Türkiyəyə aviasiya mühərriklərinin tədarükünü dayandırır. Bunu Radio Canada International-a müsahibədə şirkətin baş vitse-prezidenti Martin Lanjelye deyib.

“Bu günlərdə məlum olub ki, Rotex-in mühərrikləri döyüş PUA-larda istifadə olunur və biz dərhal bu məsələni araşdırmağa başlamışıq”,-deyə o qeyd etdi.

Qeyd edək ki, bu qərar Dağlıq Qarabağa qarşı Azərbaycanın başlatdığı müharibədə tətbiq olunan Türkiyənin döyüş PUA-larında Kanada istehsalı olan mühərriklərinin istifadəsi barədə xəbərlərdən sonra verilib.

BRP aşkar edib ki, Türkiyə istehsalı olan Bayraktar TB2 PUA-larda Rotax şirkətinin mühərrikləri istifadə olunur.

Daha çox göstər
Back to top button