ABŞ prezidenti Donal Tramp bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlarda çox yaxşı irəliləyiş var. Bu barədə Tramp jurnalistlərlə söhbətdə söyləyib.
“Biz bu barədə danışırıq, biz Ermənistan ilə danışırıq. Ermənistanla çox yaxşı münasibətlərimiz var. Orada çox yaxşı insanlar yaşayır. Çox məqsədyönlü, inanılmaz insanlardır. Görək, nə olacaq”- deyə Tramp qeyd edib.
ABŞ lideri Ermənistan və Azərbaycan liderləriylə əlaqə saxlaması barədə sualı cavablandırmaqdan imtina edib.
“Bu barədə danışmaq istəmirəm”- deyə ABŞ Prezidenti qeyd edib.