BaşlıcaSiyasət

ABŞ səfirliyi Bakıda terror aktları təhlükəsi barədə xəbərdarlıq edib

ABŞ-ın Azərbaycandakı Səfirliyi, Bakıda, o cülədən otellərdə ABŞ vətəndaşlarına və xarici vətəndaşlara qarşı baş verə biləcək terror aktları barədə xəbərdarlıq edib.

“ABŞ-ın Azərbaycandakı Səfirliyi, potensial olaraq Bakıda ABŞ vətəndaşlarına və xarici vətəndaşlara qarşı baş verə biləcək terror hücumları və qaçırmalar barədə etibarlı məlumatlar əldə edib”- deyə səfirliyin açıqlamasında qeyd edilir.

Qeyd olunur ki, terror aktları JW Marriott Absheron otelində və Bakının “digər yerlərində” ola bilər.

Diplomatik nümayəndəlik vətəndaşlara sayıq olmağı və insanların sıx olduğu yerlərdən çəkinmələrini tövsiyə edir.

Daha çox göstər
Back to top button