
”Sputnik Armeniya” ilə söhbətində Baş nazirin mətbuat katibi İlham Əliyevin atəşkəsə hazır olması ilə bağlı açıqlamasına münasibət bildirdi.
Azərbaycan artıq humanitar atəşkəsi iki dəfə pozub, bunun fonunda Azərbaycan prezidenti İlham Əliyevin sözləri sanki ifadələri üzərində oynamaq kimidir.
Bu fikri ER Baş Naziri Nikol Paşinyanın mətbuat katibi Mane Gevorkyan “Sputnik Armeniya” ilə söhbətində qeyd edib.
Qeyd edək ki, İlham Əliyev Fox News-a verdiyi müsahibədə Bakının atəşkəs şərtləri barədə razılığa gəlməyə hazır olduğunu bildirmişdi.
Onun sözlərinə görə, bunun üçün Ermənistan ABŞ, Rusiya və Fransanın birgə hazırladığı prinsiplərə sadiq olduğunu bəyan etməlidir.
“Bəli, biz atəşkəs-danışıqlar prosesinə getməyə hazırıq. Erməni tərəfi üçün məhz bu anda önəmli olan atəşkəsdir”-deyərək Gevorkyan bildirib.
O, qeyd edib ki, İlham Əliyevin oxşar fikrina o zaman inanar, haçan ki, Azərbaycan tərəfi atəşi dayandıracaqdır. Bütün bunlarısa görmək lazımdır , yalnız sözlərlə yox.