BaşlıcaSiyasət

Yeni məlumatlar: Azərbaycan uzun müddətdir Türkiyənin dəstəyi ilə Artsaxa qarşı müharibəyə hazırlaşıb

Prokurorluq Azərbaycanın Artsaxa təcavüz məsələsində nə edəcəyinə əvvəlcədən qərar verdiyinə dair real məlumatlar əldə edib

“SputnikArmeniya”nın verdiyi məlumata görə,Ermənistan Respublikasının  Baş prokurorluğu, Artsaxa qarşı hərbi təcavüzün hazırlanmış olduğu və həyata keçirilməsi üçün türk silahlı  qüvvələrinin iştirakı barədə   faktiki  dəlillər əldə edilib.

.“Hələ  avqust ayının əvvəllərindən bəri Azərbaycan silahlı qüvvələrində olan Türkiyə silahlı qüvvələrinin çox sayda xüsusi təyinatlı əskərləri , Azərbaycan silahlı qüvvələrinin əskərləriylə kütləvi döyüş hazırlığı keçib.

Təlimlər xüsusilə döyüş bacarıqlarına yiyələnmək üçün dağlıq şəraitdə aparıldığı bildirilib” –deyərək məlumatda  qeyd olunub.

Eyni zamanda, təlimləri, dərslikləri ərzində Türkiyə silahlı qüvvələrinin hərbçiləri yaxın gələcəkdə Artsaxın hərbi mövqelərinə doğru hücum edilməli olduğunu bildiriblər.

Sentyabrın 3-dən etibarən azərbaycanlı ehtiyatda olanlar bir həftəlik hərbi təlimin keçirilməsi barədə ictimaiyyətə yanlış məlumat verərək bir həftəlik  təlimlər keçirilməsi məqsədiylə səfərbərliyə getdiklərini bildiriblər.  

Sentyabrın 21-dən başlayaraq həm ehtiyat, həm də nizami ordu hissələri Azərbaycan-Artsax sərhədi yaxınlığında döyüş mövqelərində yerləşdirilib. Sentyabrın 26-dan 27-nə keçən gecə onlara Azərbaycan silahlı qüvvələrində mövcud olan bütün silahlardan istifadə edərək hər tərəfdən hücum əmri verildi.

Üstəlik, sentyabr ayının ortalarından etibarən sərhəd yaxınlığındakı yaşayış məntəqələrindəki Azərbaycan əhalisinin parklarında artilleriya sistemləri quraşdırılaraq vətəndaşlara hərbi təlimlərdə olduqlarını təqdim edir. Lakin müharibənin əvvəlindən bu sistemlər döyüş tapşırıqlarını yerinə yetirir.

Alınan məlumata görə, plana əsasən, Türkiyə xüsusi təyinatlılarının hərbi qulluqçuları da birbaşa hərbi əməliyyatlarda iştirak edirdilər. Azərbaycanın addımları ilə əlaqədar başlanan cinayət işi üzrə ibtidai istintaq davam edir.

Daha çox göstər
Back to top button