BaşlıcaSiyasət

Danışıqlarda Türkiyənin cəlb olunmasına həm Yerevan, həm də Bakı razılıq verməlidir

Qarabağ münaqişəsinin nizamlanma prosesinə Türkiyənin cəlb olunması məsələsi yalnız Ermənistan və Azərbaycanın razılığı və istəyiylə həll edilməlidir. Rusiya metbuatına əsasən, bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov Qarabağ danışıqlarının sonrakı mərhələsində Ankaranın iştirakı barədə suala cavab verərək bəyan edib.

“Burada yalnız iki tərəflərinin fikirləri vacibdir, yəni Ermənistan və Azərbaycanı nəzərdə tuturam. Bu və digər dövlətin danışıqlar prosesində iştirak etməsi barədə yalnız münaqişə tərəfləri razılığa gələ və ya istəklərini ifadə edə bilərlər”- deyə Peskov aydınlaşdırır.

Əlavə edək ki, Türkiyə mütəmadi olaraq Qarabağla bağlı danışıqlarda iştirak etmək arzusunu ifadə edir, amma Yerevan və Stepanakert dəfələrlə Türkiyənin danışıqlarda iştirakına qarşı olduğunu bildiriblər.

Daha çox göstər
Back to top button