
ER parlamentinin, deputatı “Mənim addımım” fraksiyasının üzvü Tatevik Hayrapetyanın sözlərinə görə, Türkiyə Azərbaycanı Artsaxa qarşı müharibədə atəşkəsə əməl etməməyə fəal şəkildə təşviq edir.
Bu haqda “Armenpress” lə söhbətində Ayrapetyan Türkiyənin bu müharibədə məqsədli olduğunu qeyd etdi.
“Əlbətdə ki, Türkiyənin təsiri çox böyükdür. Türkiyənin bu münaqişəyə qarışaraq Azərbaycanı həvəsləndirməklə məqsədli hədəfləri var.
Ancaq Əliyevin dünən və bugünkü çıxışları Azərbaycanın atəşkəsi davam etdirməyəcəyini sübut etdi.
Məsələn, ABŞ-ın mümkün sanksiyalarına cavab olaraq, Erdoğanın ifadələri Türkiyənin öz məqsədlərini müəyyənləşdirdiyini sübut edir.Ümumiyyətlə, iki ölkə beynəlxalq ictimaiyyət üçün bir çox problemlər yaradır”- deyərək Hayrapetyan qeyd edib.
“Türkiyənin niyyəti Syuniklə birləşərək daha sonra Türkiyənin planlarında olan Meğri vasitəsilə Naxicevana birləşməkdir, bu onun məqsədli planlarındadır”-deyərək deputat qeyd edib.
Tatevik Hayrapetyan əlavə etdi ki, Azərbaycan və Türkiyə atəşkəsə riayət etmədən ATƏT-in Minsk qrupu həmsədrinin rolunu azaltmağa çalışırlar.
“Əminəm ki, Türkiyə və Azərbaycan ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini, alçatmağa cəhd edir.Bu addımlarla həmsədr ölkələrin çəkisini aşağılamaq niyyətini güdür deməklə ki, hamıya qarşı çıxa bilərlər.
Bunun əsl cavabı Artsaxın müstəqilliyinin bölgədə sülh və sabitliyin bərqərar olması və Azərbaycanın təcavüzünün qarşısının alınması yolunda mümkün olan yeganə təminat kimi tanınmasıdır”-deyərək Tatevik Hayrapetyan qeyd edib.