
İran İnqilab Keşikçiləri Korpusu Mazandaran və Gilyan rayonlarındakı xüsusi təyinatlı qüvvələr və hərbi texnikanı Dağlıq Qarabağın, eləcə də Naxicevanın sərhədlərinə göndərir.
İranın Azariha telegram kanalının verdiyi məlumata görə, bunu İran İnqilab Keşikçiləri Korpusunun nümayəndəsi jurnalistlərə açıqlamasında deyib, qeyd edərək ki, Tehran bunu ölkənin milli təhlükəsizliyini və ərazi bütövlüyünü ölkənin şimal-qərb sərhədləri boyunca xarici varlıqlardan qorumaq üçün edib.
“İran bölgənin geosiyasi sərhədlərindəki hər hansı bir dəyişikliyi qəbul etməyəcək”- deyə İran nümayəndəsi qeyd edib.