BaşlıcaSiyasət

ABŞ Dövlət Katibi Pompeo, Nikol Paşinyanla və İlham Əliyevlə telefon danışığını keçirib

ABŞ Dövlət katibi Mayk Pompeo, ER Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə  ilə telefon danışığı edib.

Telefon danışıqları zamanı Pompeo tərəfləri atəşkəsin qorunması ilə bağlı öhdəliklərini yerinə yetirməyə çağırdı. Bu haqda  ABŞ dövlət katibinin nümayəndəsi Morgan Ortagus bəyan etdi.

“ABŞ Dövlət katibi ER  Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əli ilə ayrı-ayrı telefon danışıqları keçirib.

 Pompeo tərəfləri atəşkəs, zorakılığa son qoymaq və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün diplomatik yol seçmək öhdəliklərini yerinə yetirməyə çağırdı.

ABŞ Dövlət Departamentinin açıqlamasında, ATƏT Minsk Qrupu  həmsədrlərinin vasitəçiliyi ilə diplomatic yolla  həlli mümkündür və münaqişənin hərbi həlli  yoxdur”-deyərək  ABŞ dövlət katibliyinin  yaydığı bəyanatda  bildirilib.

Pompeo tərəflərin oktyabrın 10-da  Moskvada razılaşdırdığı atəşkəsə tam riayət olunmasının vacibliyini qeyd etdi.

Daha çox göstər
Back to top button